Azərbaycan Basketbol Liqasında 9-cu tur “Sabah” və “AAAF Xırdalan” komandalarının görüşü ilə başlanıb.
"Sərhədçi" İdman Mərkəzində təşkil olunan qarşılaşma olduqca gərgin keçib. İlk periodu Xırdalan basketbolçuları 22:19 hesabı ilə irəli tamamlayıblar. Böyük fasiləyə də Uğur Özdəmirin komandası öndə yollanıb. 42:38. 3-cü hissədə “AAAF Xırdalan” fərqi bir qədər də artırıb. “Sabah” sonuncu perioadda vəziyyəti xeyirinə dəyişə bilib. Bu hisəsədə mübarizə xala xal prinsipi ilə davam edib. Görüşün başa çatmasına 8 saniyə qalmış hesab bərabər olub – 82:82.Qonaq komanda son hücumdan yararlanıb və Devin Pullum 2 xallıq atışı “AAAF Xırladan”a qələbə qazandıırb. 84:82. Görüşün ən məhsuldar basketboçusu Xırdalan klubunun üzvü Endryu Korum olub. O, 32 xal və 17 ribaundla fərqlənib. Bu qələbədən sonra “AAAF Xırladan” xalalrının saylını 15-ə çatdırıb və “Gəncə” ilə ilk iki pilləni bölüşür. Xatırladaq ki, “Gəncə” 9-cu turda “Zirvə Astara”nı qəbul edəcək. Digər oyunlarınlarda NTD “Olimpik Şəki” ilə , “Neftçi” isə “Sərhədçi” ilə qarşılaşacaq.